PENTA MMC Azərbaycanda İT avadanlıqlarının satışı və servisi sahəsində 2001-ci ildən fəaliyyət göstərən şirkətdir. Şirkət fəaliyyət göstərdiyi müddət ərzində dünyanın aparıcı texnologiya istehsalçılarından biri olan HP ilə uğurlu əməkdaşlıq təcrübəsi qazanmış və HP Gold Partner statusuna layiq görülmüşdür. HP ilə əməkdaşlığımız çərçivəsində noutbuklar, masaüstü kompüterlər, printerlər və digər İT avadanlıqlarının satışı üzrə geniş təcrübə əldə etmişik. Fəaliyyətimiz yalnız pərakəndə satışla məhdudlaşmamış, topdansatış, diler şəbəkəsi, korporativ müştərilər və tender layihələrini də əhatə etmi